AZADLIQ PARTİYASI dövlət qeydiyyatına alındı...
Ədliyyə Nazirliyinin saytında yenidən dövlət qeydiyyatına alınmış 29 siyasi partiyanın siyahısı dərc olunub.
Dövlət qeydiyyatına alınmış partiyalar arasında Əhməd Orucun sədrlik etdiyi Azadlıq Partiyası da var.
Məsələ ilə bağlı partiya ilə əlaqə saxladıq və məlumatı təsdiq elədilər. Və bildirildi ki, yaxın zamanda Mərkəzi İcraiyyə Komitəsinin iclasında partiyanın qarşıdakı fəaliyyəti müzakirə olunacaq.