Dərc edilib: 28-09-2023

https://www.nuh.az/35435-.html

Prezident Cəbrayıla getdi - Yenilənib

28.09.2023 12:19:58

Siyasət

Prezident İlham Əliyev sentyabrın 28-də Cəbrayıl rayonuna səfər edib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı Cəbrayıl şəhərində inzibati binanın təməlini qoyub və şəhərdə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub.

***

İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib