Dərc edilib: 28-09-2023

https://www.nuh.az/35438-.html

Ziya Bünyadovun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

28.09.2023 16:12:53

Cəmiyyət

Prezident İlham Əliyev akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Sərəncamda deyilir:

“1. Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.”

NUH informasiya agentliyi səhifəsindən çap edilib