Dərc edilib: 29-09-2023

https://www.nuh.az/35442-.html

Azadlıq Partiyası Mərkəzi İcraiyyə Komitəsinin AÇIQLAMASI

29.09.2023 11:22:36

Cəmiyyət

Hörmətli Cənab Prezident İlham Əliyev ! 

Sizi uğurlu Antiterror əməliyyatı münasibətilə təbrik edir, minnətdarlığımızı bildiririk. Azərbaycandan terrorçu erməni silahlılarının çıxarılması və cinayətkarlarının həbs edilməsi sizin rəhbərliyiniz altında baş verdi və Sizin adınız Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında əməyi olan hər bir şəxsə, müttəfiq dövlətlərə, xüsusilə hər an yanımızda olan Türkiyəyə, Cənab Rəcəb Tayyib Ərdoğana təşəkkürümüzü bildiririk.
Bu Müqəddəs yolda şəhid olan qardaşlarımıza tanrıdan rəhmət diləyir, qazilərimizə şəfa arzulayırıq. Şəhiq və qazi analarının əlindən öpür, qarşılarında baş əyirik.
Cənab Prezident! İnanmaq istərdik ki, Azərbaycanın əsas problemi olan ərazi bütövlüyü təmin olynduqdan sonra ölkənin digər problemlərinin həllində də bu cür qətiyyət göstərəcəksiz.
Azadlıq Partiyasının sədri Əhməd Oruc  

NUH informasiya agentliyi səhifəsindən çap edilib