Dərc edilib: 29-09-2023

https://www.nuh.az/35448-.html

Sərsəng su anbarına Azərbaycan nəzarət edir - Foto

29.09.2023 23:57:07

LIVE

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, ordumuzun şanlı qələbəsindən sonra Sərsəng su anbarı da bizim nəzarətimizə keçib.

  

Artıq su anbarının istismarını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir.

Sərsəng su anbarı1976-cı ildə Tərtərçay çayınının üzərində  tikilərək istifadəyə verilib. Anbarın ümumi həcmi 565 mln. kbm, faydalı həcmi 500 mln.kbm-dir. Su anbarının su güzgüsünün sahəsi 1346 hektar, sahil xəttinin uzunluğu - 50,25 km-dir.

Qeyd edək ki, Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib