Dərc edilib: 30-09-2023

https://www.nuh.az/35451-.html

Eldar Mahmudov illər sonra görüntüləndi - Foto- Video

30.09.2023 11:50:32

LIVE

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov bu gün uzun müddət sonra ilk dəfə görüntülənib. 

“Qafqazinfo” xəbər verir ki, o, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasiminə qatılıb. Belə ki, R.Əhmədov E.Mahmudovun bacısının həyat yoldaşı olub. Mərasim Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində təşkil olunub.

 
 

Qeyd edək ki, E.Mahmudov 2004-2015-ci illərdə MTN-ə rəhbərlik edib. Uzun müddət ictimaiyyət arasında görünməyib. 

 

 



NUH informasiya agentliyi səhifəsindən çap edilib