Dərc edilib: 30-09-2023

https://www.nuh.az/35453-.html

Xocalı qatili və keçmiş "müdafiə naziri" ələ keçdi....

30.09.2023 12:50:57

LIVE

Qarabağ separatçılarının keçmiş “müdafiə naziri”, "general-leytenant" Levon Mnatsakanyan Qarabağdan Ermənistana gedərkən "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Mnatsakanyanla birlikdə qondarma rejimin "milli qəhrəmanı", "general-leytenant" Arşavir Qaramyan da saxlanılıb.

Qeyd edək ki, Arşavir Qaramyan 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın iştirakçılarından biridir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib