Dərc edilib: 30-09-2023

https://www.nuh.az/35462-.html

Saakaşvili QARABAĞDAN yazdı...

30.09.2023 20:16:39

LIVE

Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistanın Qərbə doğru meyillənməsi Cənubi Qafqazda əsas Rusiya paradiqmasını məhv etdi.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında yazıb.

“Rusiya artıq Qafqazın üç ölkəsindən heç birinin dəstəyinə sahib deyil. Ona görə də müxalifət liderlərinin danışmasından asılı olmayaraq, mən artıq buradayam və bütün layiqli insanları birləşdirmək, o cümlədən kütləvi işə cəlb etmək üçün fəal iştirak edəcəyəm. Mən özüm də kadr səhvlərimdən çox şey öyrənmişəm, həbsxanada kimin kim olduğunu aydın görmüşəm və təkcə özümü deyil, bütün ölkəni həbsdən azad etmək fikrindəyəm”, - Saakaşvili bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib