Dərc edilib: 01-10-2023

https://www.nuh.az/35465-.html

Zaqatalada qumbara partladı - Vətən müharibəsi iştirakçısı öldü

01.10.2023 10:36:24

LIVE

Vətən müharibəsi iştirakçısının əlində qumbara partlayıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün axşam saatlarında Zaqatala rayonunun Yengiyan kəndində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü Həmid Oruc oğlu Gülməmədovun əlində qumbara partlayıb.

Hadisə nəticəsində ağır xəsarət alan Həmid Gülməmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***

DİN-in mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində üç nəfər kənd sakini-1991-ci il təvəllüdlü Məqsəd Rzayev, 1992-ci il təvəllüdlü İlqar Cumayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub.

Həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov həlak olub. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, həlak olan şəxs Vətən müharibəsi iştirakçısıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib