Dərc edilib: 01-10-2023

https://www.nuh.az/35467-.html

NK qərarı-Vətəndaş 1 paltonu 8, 1 ayaqqabını 4 il geyməlidir-MÜTLƏQ OXUYUN

01.10.2023 11:02:53

Günün sitatı

"Eyni paltonu 8 il ardı-ardına geyinmək Nazirlər Kabinetinin qərarıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli minimum istehlak səbətinə əsasən əmək qabiliyyətli əhali üçün palto və üst geyimlərinin aşınma müddəti 8 il, ayaqqabılar üçün 3,5 il göstərilməsi ilə bağlı qərardan danışarkən deyib. 
Ekspert bildirib ki, adıçəkilən qərar Nazirlər Kabinetinin saytında da yerləşdirilib: 
 
"Ölkədə yaşayış minumunun hesablanması qaydaları ilə bağlı qərar 1986-ci il SSRİ Nazirlər Kabinetinin qərarı ilə eynidir. SSRİ dönəmində bizə deyirdilər ki, bir paltonu 8 il geyinin, ayaqqabını da 3-4 il. Eyni yanaşmanı bu günə kimi saxlayırlar. Nazirlər Kabinetinin qərarında belə parametrlər var. Bu paramertlərə görə yaşayış minimunu, istehlak səbətini hesablayırlar. Sonra da buna görə əmək haqqı və təqaüd təyin olunur”. 
Natiq Cəfərli illərlə bu problemin qaldırıldığını diqqətə çatdırıb: 
"Nazirlər Kabineti mütəxəssislərdən ibarət komissiya təyin etməli və bu qərarı dəyişməlidir. Biz illərdir ki, bunu deyirik, komissiya təyin edilib, parametrlərə baxılsın. Heç olmasa Türkiyə təcrübəsi öyrənilsin. Türkiyədə olan yanaşma tətbiq olunsa, bizdə minimum istehlak səbəti ən azı 500 manat olmalıdır. Belə olarsa, minimum təqaüd və əmək haqqı ondan daha yüksək olmalıdır”. 
Natiq Cəfərlinin fikirincə, məhz bu səbəbdən də Nazirlər Kabineti istehlak səbətini köhnə parametlərlə hesablayırlar. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib