Dərc edilib: 01-10-2023

https://www.nuh.az/35468-.html

ŞAGİRDLƏR ARASINDA KRİMİNAL ALƏMƏ MARAQ NİYƏ BU QƏDƏR ÇOXDUR?

01.10.2023 11:24:45

Cəmiyyət

Gənc müəllim  Azər Ərzi Osmanlı yazır 
"ŞAGİRDLƏR ARASINDA KRİMİNAL ALƏMƏ MARAQ NİYƏ BU QƏDƏR ÇOXDUR?
Heç 20 gün deyil ki, orta məktəbdə pedaqoji fəaliyyətə başlamışam. Bu qısa vaxt ərzində məni ən çox dəhşətə salan və təəssüfləndirən hal şagirdlər arasında kriminal aləmə marağın çox geniş yayılmasıdır. Kimi "vasminka" çəkir, kimi "A.U.E" yazır, kimi əli ilə bu sahəyə aid müxtəlif işarələr göstərir. Bir sıra şagirdlər isə şagird üçün uyğun olmayan saç düzümləri və geyimlə dərsə gəlməyə çalışır. Hətta qızlar arasında belə, əsasən, kriminal aləmdə istifadə edilən rus mənşəli varvarizmlər geniş yayılıb. Nə qədər bunların qarşısını almağa çalışsaq da, bu çox çətindir. Çünki artıq kütləvi hal alıb. Bütün bunların nəticəsi olaraq şagirdlərdə bir mənasız "əyilməzlik" sindromu yaranır ki, bu da müəllimə tabe olmamağa gətirib çıxarır. Şagird elə bilir ki, dərsdə müəllimi dinləməyib istədiyi işlə məşğul olsa, bu onun güclü olduğunu göstərir. Özünü sübut etmək üçün şagird dərs oxumur, dərsdə sakit dayanmır.
Düşünürəm ki, burada əsas faktor valideyn faktorudur. Təəssüflər olsun ki, yaşı ötmüş insanlar arasında da cinayətkar aləmə maraq çox böyükdür. Deməli, şagirdlər arasında da bunun yayılması daha çox ailə ilə bağlıdır. Valideynlər bu barədə diqqət olmalıdır. Bilmək lazımdır ki, bəh-bəhlə haqqında danışdığınız o aləm övladınızın davranışını, danışığı, hətta zahiri görünüşünü pozur."


NUH informasiya agentliyi səhifəsindən çap edilib