Dərc edilib: 02-10-2023

https://www.nuh.az/35478-.html

İrandakı səfirliyimizə hücum edən şəxsə ölüm cəzası verildi

02.10.2023 08:56:08

LIVE

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edən şəxs edam cəzasına məhkum edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Televiziyası (AzTV) məlumat yayıb.

 

Bildirilib ki, Yasin Hüseynzadə ilə bağlı hökm İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yanvarın 29-da səfirliyin əməkdaşları və onların ailə üzvləri - ümumilikdə 53 nəfər Bakıya təxliyə edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib