Dərc edilib: 02-10-2023

https://www.nuh.az/35486-.html

Xocalıda narkotik plantasiyası aşkarlandı - Foto

02.10.2023 17:53:12

Günün sitatı

Xocalıda erməni seperatçılarının saldığı narkotik plantasiyası aşkar edilib. 


NUH.az   Report-a istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, işğal altındakı ərazilərdə narkotikin becərilməsi geniş səviyyədə təşkil olunub.

E.Hacıyevin sözlərinə görə, antiterror tədbirləri ilə tamamilə Azərbaycan Ordusunun nəzarətinə götürülmüş ərazilərdə keçirilən tədbirlər nəticəsində bir çox yerlərdə, eləcə də Xocalı rayonu ərazisində 100 hektardan artıq narkotik plantasiyası aşkarlanıb: “Bu plantasiyanın forması, məzmunu və burada aparılan mütəxəssis araşdırmaları onu deməyə əsas verir ki, bütün bu ərazilərdə çətənə bitkisinin kultivasiya yolu ilə əkilib-becərilməsi işi geniş təşkil olunub.

Bununla bağlı Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlar qarşısında ayrı-ayrı tədbirlərdə məsələ qaldırıb. Erməni hakimiyyəti isə bunun ehtimal olduğunu irəli sürür, ehtimal hesab edirdi”.

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib