Dərc edilib: 04-10-2023

https://www.nuh.az/35507-.html

Natiq Qasımovun fotohekayəsi...

04.10.2023 18:16:45

Günün sitatı

Birinci Qarabağ müharibəsində (1992-ci ildə) 23 nəfər Xocalı sakinini xilas etmək naminə düşmənə təslim olan Natiq Qasımovun yeni fotoları üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, həmin fotoların müəllifi müharibə zamanı Qarabağda olan italyan fotoqraf və jurnalist Enriko Sarsinidir.

Bu görüntülər "Oğul" sənədli filmi sayəsində aşkarlanıb.

Qeyd edək ki, “Oğul” sənədli filmini Böyük Britaniyanın “Broken Pot Media” şirkəti çəkib. Filmin rejissoru və ssenari müəllifi Karan Sinqh üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə söhbət edib. Filmdə fotoqrafın müsahibəsi də yer alır.

Sözügedən fotoları təqdim edirik:

Fotoları rənglədi: Rəsul Həsən

 










NUH informasiya agentliyi səhifəsindən çap edilib