Dərc edilib: 07-10-2023

https://www.nuh.az/35521-.html

Kadırovun 15 yaşlı oğlu Çeçenistan Qəhrəmanı oldu - Video

07.10.2023 14:30:34

LIVE

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun 15 yaşlı oğlu Adam Çeçenistan Qəhrəmanı adına layiq görülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı, Rusiya Qəhrəmanı Adam Delimxanov öz teleqram kanalında məlumat verib.

“Əziz qardaşım oğlunu Çeçenistan Respublikasının ən yüksək tituluna layiq görülməsi münasibətilə təbrik edirəm”, - o yazıb.

 

Onun sözlərinə görə, Adam müsəlmanların əsas kitabı olan Quranı əzbərləməyi bacarıb və “Hafiz” (Quranı əzbərləyən) adını qazanıb. Bundan əlavə, o, bir neçə nüfuzlu qarışıq döyüş sənəti turnirində qalib gələrək idmanda uğur qazanmağı bacarıb.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib