Dərc edilib: 08-10-2023

https://www.nuh.az/35528-.html

İlham Əliyevin Gürcüstana səfəri başladı (FOTO)

08.10.2023 12:05:33

Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə Gürcüstana işgüzar səfərə yollanıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tiflis şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və digər rəsmi şəxslər qarşılayıblar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib