Dərc edilib: 08-10-2023

https://www.nuh.az/35529-.html

Gürcüstan NATO-ya üzv olur ?

08.10.2023 17:01:38

Siyasət

"Gürcüstanın NATO-dakı tərəfdaşları respublikanın bloka qoşulmaq kursunu dəstəkləyirlər".

Qaynarinfo xəbər verir ki, bunu Gürcüstan parlamentinin müdafiə komitəsinin sədri İrakli Beraya Birinci Kanala deyib.
Onun sözlərinə görə, ölkənin müttəfiqləri Tiflisin yerinin Alyansda olduğuna inanır:
"Ölkəmiz Alyansa qoşulma meyarlarına tam cavab verir, Avro-Atlantik məkanın təhlükəsizliyinə töhfə vermək arzusu ilə yanaşı, imkanı və təcrübəsi də var”, deyə Beraya qeyd edib.
O əlavə edib ki, oktyabrın 6-dan 9-dək Kopenhagendə keçirilən NATO Parlament Assambleyasında Gürcüstan nümayəndə heyəti respublikanın Alyansa inteqrasiyasını sürətləndirməyə çağırıb. Beraya vurğulayıb ki, bu məsələ ilə bağlı bloka üzv ölkələrin siyasi qərarı tələb olunur:
"Bizim tərəfdaşlarla söhbətimizin əsas mövzusu Gürcüstanın Alyansa qoşulmasının zəruriliyi və vacibliyidir”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib