Dərc edilib: 10-10-2023

https://www.nuh.az/35540-.html

Laçın rayon Badamdar orta məktəbin direktoruna XƏBƏRDARLIQ

10.10.2023 18:16:47

Hadisə

Ekologiya və Təbii Sərvətlər Nazirliyi məktəbin kanalizasiya  sisteminin çəkilməsi üçün göstəriş verdi...

 

Əks təqdirdə  məktəb rəhbərliyi barədə inzibati tədbirlər görüləcək...

 

 Məlumat üçün  qeyd edək ki,  bir müddət əvvəl  Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Topçubaşov küçəsi, 159 saylı fərdi evdə daimi yaşayan, Zahirov Nadir Şərif oğlu və  Zahirova Zəminə Ağadadaş qızı   tərəfindən  redaksiyamıza  şikyət ərizəsi daxil olmuşdu.

Dövlət qurumlarına müraciət edən şikayətçilər  qonşuluqda yerləşən Laçın  rayon Badamdar ümumi orta məktəbinin direktoru Piyalə Zülfüqar qızı  Xudayarovanın qonşulara yaratdığı problemlərdən bəhs edirdilər:

“Bildiririk ki, 2011-ci ildən daimi yaşadığımız fərdi evin arxasında “gecəqondu” kimi tələm-tələsik, dövlət nəzarətindən kənar, həm də  təhlükəli  uçurumda tikilən Laçın  məcburi  köçkünlər  məktəbi  yerləşir. Bu məktəbin direktoru Xudayarova Piyalə  Zülfüqar qızı  ilk əvvəl  XAHİŞ  etdi ki, məktəbə gediş-gəliş üçün bizim həyətimizdən keçid üçün 1 qapı enində  yol verək.

Biz ona bu şəraiti yaratdıq. Üstündən xeyli  zaman keçdikdən sonra, hazırda bu xanım özbaşınalıq edir, hətta bizə HƏDƏ-QORXU gəlir.

Biz əvvəl  düşünürdük ki, bu hədə-qorxu yəqin adicə sözdür. Amma sonra   14.09.2023-cü il tarixdə bu xanımın bilavasitə iştirakı və nəzarəti ilə məhəlləmizdə bizə məxsus hasar  (qonşu Vüqara məxsus divarlar ) özbaşına sökülmüşdür. Artıq bu hərəkətdən sonra, biz hesab edirik ki, Piyalə Xudayarovanın bizə gəldiyi hədə-qorxu realdır. Piyalə Xudayarova bizə hədə-qorxu gəlir ki, evlərimizi sökdürəcək. Torpaq sahələrimizi (əmlaklarımızı) əlimizdən alıb öz adına keçirəcək. İndi də biz tam başa düşdük ki, hədə-qorxu realdır. Çünki bu xanım özbaşına, şəxsən nəzarət etməklə (video görüntü var) həyətimizdə bizə və qonşuya məxsus hasarı sökdürüb. Söküntü bu xanımın nəzarəti altında həyata keçirilmişdir

Əraziyə 10 KV 141 dövlət qeydiyyat nömrə nişanlı maşınla adamlar gələrək, ərazidə bu özbaşınalığı icra ediblər. Deməli Piyalə Xudayarovanın hədə-qorxusu realdır. Məcburi köçkün  məktəbinin direktoru olan bu xanım əmlakımıza ziyan vurmuş və əmlakımızı əlimizdən almaqla bizi hədələyir.

Piyalə  Xudayarova  bütün hərəkətlərini isə  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin adı ilə əlaqələndirir.

Nəzərinizə çatdırırıq ki, Laçın məcburi  köçkün  məktəbinin inşa olunduğu yer təhlükə mənbəyidir. Burada uşaqların həyatı tam təhlükə altındadır. Belə ki, məktəb uçurumun düz  kənarında yerləşir. Məktəbin kanalizasiya  sistemi  yoxdur, direktor  kanalzasiya quyusundan çıxan çirkab suları bizim həyətimizə axıdır. Bilərəkdən ekoloji pozuntulara yol verir. Həm məktəbdə təhsil alan şagirdlərin, həm də ərazidə yaşayan sakinlərin həyat və sağlamlıqları ciddi təhlükə altındadır.

Odur ki, yuxarıda yazdıqlarımızı nəzərə alaraq məktəb direktoru  Piyalə  Xudayarovanın qanunsuz əməlləri ilə  bağlı  tədbir  görülməsi  üçün  göstəriş verməyinizi Sizdən  xahiş edirik”.

Şikayətçilərin ərizəsi əsasında Ekologiya və Təbii  Sərvətlər Nazirliyinin  Bakı  Regional Ekologiya və Sərvələr  İdarəsinin nümayəndələri  həmin ərazidə olublar və əraziyə baxış keçiriblər  və kanalizasiya sisteminin olmaması təsdiq olunub. 

Bu gün  müxbirimiz  şikayətçi   sakinlərlə   telefon əlaqəsi saxlayıb.

Sakinlərin   redaksiyamıza verdiyi məlumata görə, kanalizasiya sisteminin məcburi çəklilməsi üçün məktəb rəhbərliyinə rəsmi  göstəriş  verilib.

Əks təqdirdə məktəb rəhbərliyi barəsində inzibati tədbirlər görüləcək.


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib