Dərc edilib: 11-10-2023

https://www.nuh.az/35545-.html

İsraildə 4 Azərbaycanəsilli şəxs həlak olub - Adlar

11.10.2023 12:13:25

LIVE

HƏMAS-ın hücumları nəticəsində İsraildə 4 Azərbaycanəsilli şəxs həlak olub. 


NUH.az    Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Vəfat edən azərbaycanlıların kimliyi də məlum olub:

 

Şamil Abbasov - İsrail vətəndaşı;

Emin Axundov - İsrail vətəndaşı;

Roman Qandel - İsrail vətəndaşı;

Elkin Nəzərov - İkili vətəndaş (Azərbaycan-İsrail).

Bildirilir ki, vəfat edənlərdən Elkin Nəzərov İsrailin Kiryat Yam şəhərində dəfn edilib.

Qeyd edək ki, həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli 3 şəxs də var.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib