Dərc edilib: 11-10-2023

https://www.nuh.az/35547-.html

HƏMAS yönəticilərindən biri İSTANBULA NİYƏ GƏLSİN?

11.10.2023 13:42:41

LIVE

Həmas" yönəticilərindən biri
İSTANBULA NİYƏ GƏLSİN?
MÜHARİBƏLƏRİN DƏ, şeirlərin də,
SEVGİLƏRİN DƏ QURĞUSUNU
yaşayırıq...
...bir azdan robotların döyüşü başlar. Dünya dağılır , bunun arxasında başqa planların olduğunu düşünür ağlı başında olan hər kəs. Ən azından, üzdə olanla arxa planda olanı qarşılaşdırmaqda haqlılıq payı çoxdan da çoxdur. , bu yanaşmanın.
HƏMAS ÖLKƏ-DÖVLƏT DEYİL Kİ...biraz dərinə getsək, İSRAİL DƏ dünən qurulmuş, üzr istəyirəm, ikinci dünya müharibəsindən sonra QURDURULMUŞ ...dur.
"Vəkalət savaşı" deyilən bir termin son vaxtların lokal müharibələrin ortaya qoyduğu soz birləşməsidi. Yəni müharibə edənin özü arxa plandadı. Döyüşənlər səhnəyə çıxarılmış qullardı-qladiator ölkələr, qruplardı.
Orta Şərqdə caaat-təriqətlərin bəslədiyi 50-dən çox belə "Həmas"(bu saatlarda "Həmas" yönəticilərindən birinin İstanbula gəldiyi xəbəri yayıldı), "Hizbullah" və s. ...bullahlar var.
Rusiyadakı "Vaqner", Türkiyədəki "Sadat" da bunlardan biriydi...dir., ad dəyişmələr baş verə bilər.
DÜNYANI DİKTATORLAR İDARƏ EDİR VƏ BU İRİLİ=XIRDALI, HAQLI-HAQSIZ MÜHARİBƏLƏR DİKTATORLARIN ÖZ HAKİMİYYƏTLƏRİNİ QORUMAĞA, UZATMAĞA HESABLANIB...necə deyərlər?
"Mən belə əsrarı qana bilmirəm,
Qanmaz olub da dayana bilmirəm"
(SABİR)
"İran dağılsın", dağılsın..Rusiya dağılsın, dağılsan...Amerika dağılsın, dağılsın.."Bəs Çin?" soruşuram..o da dağılsın, uyğur türklərinə zülm edir..Dağılsın da...kimin başına uçacaq bu dağıntılar, bu xaraba ,
qalan dünya yenidən necə inşa ediləcək? Kimsənin fikri yox...
Eldar Baxışın bir misrası yadıma düşdü; "Ölmədi, dünyanın canı qurtara."
Yəni, indiki bu vur-çatlasında kimin əli kimin cibindədi bilinmir...İllər sonra anlaşılır !! "11 SENTYABR".
İNSAN olan bəndə də göz yaşına, qana sevinərmi heç, harada, hansı üzdə axmasından asılı olmayaraq...
...bir Kəramət adlı şair var, onun da iki misrasını xatırladım;
GÖZ YAŞININ RƏNGİ BİRDİ
BAŞDAŞININ RƏNGİ BİRDİ.
Son vaxtlar nəyə sevinmişik, hansı hadisə mütləq çoxluğun duyğularına xitab edib?
ŞÜBHƏSİZ, QARABAĞIMIZIN GERİ QAYTARILMASI!
-başqa...heç nə..ədalətsizlik, ləyaqətsizlik, qanunsuzluq-əxlaqsızlıq baş alıb gedir.
Kimsə kimsəni adam balası kimi də sevə bilmir...yerişinə-duruşuna ,təbəssümünə, düşüncə-duyğusuna, həyata baxışına, bir sözlə , "ÖZ"ünə sevgi bəsləmir kimsə kimsənin..
Aclıq-səfalət içində doğulan, böyüyən adamın nəinki, ağaca, heyvana, heç adama sevgisi olmaz, umacaq olar, şeirə-sənətə də, vətənə də baxış budu; xırda alverçilik.
R.Rövşənin "özünə vətən düzəltmək" baxışının alt qatında, V. Səmədoğlunun "İlahi, mən burdayam" yanaşması da eyni şeydi, yəni Vətən mənə gprə dizayn olmalı, Allah da məni görərsə Allahdı, yəni hər şey mənə görə...
AYB-yə, Ədəbiyyata, Haqqa baxış da ancaq özümüzə görədi. Ürəyimdə ağrı kimi qalıb...Bir dəfə AYB-yə getmişdim, Fikrət Sadıq rəhmətliklə görüşüb söhbət edirdik...dedi ki, dedi ki, dedi ki...
-Sənin dostun (adını yazmıram) mənə deyir ki, niyə ölmürsən...mən gəlim AYB-də işləyim...
Ağır bir sükut...
:Soruşaram, ola bilməz, ola bilməz,-öz-özümə danışırmış kimi.
Soruşdum da, adam öz haqlılığını izah edir, mən də baxır, baxırdım...bir adamdan ayrılanda...susub O-nu xeyli süzmək şakərim var...mənəvi qırılmadı bu...
Ədaləti özü üçün istəyən adam ən ədalətsiz adamdı. İndi bu şeiryazan30 ildi AYB-DƏDİ, Fikrət Sadıq yaşındadı...deyən gərək ki,
=NİYƏ ÖLMÜRSƏN...
PİŞTAXTA DÜŞÜNCƏSİ PİŞTAXTA SEVGİSİ DOĞURACAQ DA.
O günləri Mübarizxanaya (Mübariz Məsimoğlu dostumuzun adına qoymuşuq) getmişdim, dəmiryolunda ucuzxana-şairanə bir yerdi. Vaqif Nəsib Sarıhüseynoğlunu gördüm, üzündən öpdüm,"necəsən" sordum...mənim Məhəmməd Hadi haqqında yazdığım şeirdən pıçıldadı
Hadinin dörd əli vardı
İkisilə şeir satırdı
İkisilə üzünü tuturdu...
elə sarı yarpaq kimi də Bakı küləyində ayrılıb getdi...
Bəyaz qadından zənci, zənci qızdan bəyaz uşaq doğulubsa..müzakirə etməzlər ki...necə deyərlər, "Külək əkən Tufan biçər".
Hərşey olan heçnədi, hamının dostu olan da dostsuzdu.
İndi dünyanın gicləri-başbilənləri, supergücləri və ortasəviyyəli özünü bir zad sayanları yığışıb ki, dünyanı bürüyən bu alovu necə söndürək?
Ay oğraşlar VƏ ŞƏRƏFSİZLƏR BU OCAĞI SİZ QALAMIŞ, ALOVLANDIRMIŞ, YAYMISINIZ. CƏHƏNNƏMƏ ODUN DAŞIMISIZ, HƏR BİRİNİZ ÖZÜ BOYDA.
Bir dünya düşünün ki, hamı dünyanın xaraba qalmasına sevinir.
Bir ölkə düşünün ki, o zamanın gənc şairi qocaman şairə "Niyə ölmürsən ki, mən gəlib ayb-də işləyim" desin,
BİR ÖLKƏ ki...orda HAMI MƏMUR ÖLÜMÜNƏ SEVİNİR...bundan dəhşətli duyğu olamaz...olamaz...
Şair Kəramət  Kəramət  

NUH informasiya agentliyi səhifəsindən çap edilib