NAR “Uniting Business Europe 2023” tədbirində iştirak edib
Korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalan və Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinin üzvü olan “Nar” “Uniting Business Europe 2023” (UBE) tədbirində iştirak edib.
BMT Qlobal Sazişi və BMT Qlobal Sazişinin Gürcüstan Şəbəkəsi tərəfindən təşkil edilən UBE 2023 inkişafı qiymətləndirmək, problemləri müəyyən etmək və BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyində qeyd olunan Dayanıqlı İnkişaf Məqsədləri (DİM) istiqamətində fəaliyyəti təşviq etmək üçün maraqlı tərəfləri bir araya toplayıb.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.