Dərc edilib: 13-10-2023

https://www.nuh.az/35559-.html

Xaçatryan işgəncə verdiyi şəxslə məhkəmədə üzləşdi - Video

13.10.2023 14:22:24

LIVE

Xəbər verdiyimiz kimi, bu gün Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Xaçatryan Vaqif Çerkezoviç məhkəmə qarşısına çıxarılıb. 


NUH.az    İTV-yə istinadən xəbər verir ki, məhkəmə prosesində Vaqif Xaçatryan Birinci Qarabağ müharibəsi zamanı işgəncə verdiyi şəxslə üzləşib.

Həmin şəxs məhkəmədə Xaçatryana səslənərək “Vaqif, ay Vaqif, tanıdın məni? Evə “limonka” atdın ha, qaçdım dalınca... Tanıyarsan”, -deyib. 

Xaçatryan ona diqqətlə baxıb, lakin cavab verməyib. 

Həmin görüntüləri təqdim edirik:

NUH informasiya agentliyi səhifəsindən çap edilib