Dərc edilib: 14-10-2023

https://www.nuh.az/35565-.html

Azərbaycanın dövlət borcu - 17 MİLYARD

14.10.2023 11:54:22

LIVE

Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 17 milyard 203,3 milyon manat təşkil edir.

 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin rüblük hesabatında qeyd edilib. Belə ki, hazırda Azərbaycanın dövlət borcu 2023-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 14,4 %-i qədər olub.

Məlumata görə, borcun 11 milyard 109,5 milyon manatı və yaxud 6 535 milyon ABŞ dolları xarici, 6 milyard 093,8 milyon manatı isə daxili dövlət borcudur. Bunlar isə gözlənilən ÜDM-in müvafiq olaraq 9,3 %-i və 5,1 %-i qədərdir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib