Dərc edilib: 17-10-2023

https://www.nuh.az/35571-.html

Milli mücadiləmizin əsas hədəfləri

17.10.2023 12:09:21

LIVE

Azadlıq Partiyasının sədri Əhməd Oruc Qarabağ probleminin həllindən sonra milli mücadiləmizin qarşısında 3 hədəf olduğunu bildirb.

 

1. Şəhidlərimizin, qazilərimizin, milli Mübarizlərimizin adına layiq, hər birimizin fəxr edə biləcəyi demokratik, insan haqlarına əməl olunan, oğrulardan, korrupsionerlərdən, rüşvətxorlardan, Rusiyanın Azərbaycandakı agenturasından təmizlənmiş, qanularla idarə olunan, rifaha qovuşmuş bir cəmiyyətin qurulması.

 

2. Bütöv Azərbaycan yolunda bütün azərbaycanlıların birgə mübarizəsinin təşkili. İranda yaşayan qardaşlarımızın öz dilində təhsil alması, türk dilinin dövlət dili olması, insan haqlarına əməl olunması uğrunda, fars şovinizminə qarşı bütün dünya boyu birgə fəaliyyətlər.Azərbaycanın İrandakı səfirliyinin işinin bərpa edilməsi, həm İranda, həm Azərbaycanda indk halda mümkün olan bütün ədəbi, mədəni, araşdırmaçı tədbirlərin birgə həyata keşirilməsi. İrandakı qardaşlarımızın haqlarlna qovuşması məsələsi yalnız onların işi deyil, bu mübarizəyə bizlər və bütün dünya türkləri qoşulmalıdır.

 

3. Turan yolunda, Türk Dövlətləri Təşkiatının Türk Xalqlarının Konfederasiyon Dövlətinə çevrilməsi yolunda əməli addımların atılmalıdır. İlkin mərhələdə Türkyə və Azərbaycan Dövlətinin konfederasiyonunun yaradılmalıdır. İlk addım Türkiyə və Azərbaycan ordularının Vahid Komandanlıq sisteminə keçidi ola bilər. Bu müqəddəs yolda hər birimizə uğurlar arzulayıram, bir daha minnətdarlığımı bildirirəm. Tanrı sizə yar olsun!

NUH informasiya agentliyi səhifəsindən çap edilib