Dərc edilib: 17-10-2023

https://www.nuh.az/35574-.html

İcra başçısı və şöbə müdiri yeni qalmaqalda: daha bir cinayət işi açılır

17.10.2023 11:30:56

Bir müddət əvvəl Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Sumqayıtda maliuyyə monitorinqi apararaq, külli miqdarda yeyinti faktı aşkarlamışdı. JAMAZ.İNFO xəbər verir ki, rəsmi məlumatlarda yeyintinin məbləği 5.5 milyon manat göstərilmişdi.


Qeyd edilirdi ki, həmin yeyintiyə Sumqayıt Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Əliyev başçılıq edib. Elə bu səbəbdən də onun da barəsində cinayət işi açılıb və sübutlar məhkəməyə göndərilib.

Bildirək ki, Gündüz Əliyev icra başçısı Zakir Fərəcovun “sağ əli”, həmçinin tender işlər üzrə “xüsusi nümayəndəsi”dir. Maraqlı məqam odur ki, külli miqdarda yeyintiyə görə barəsində cinayət işi açıəlmış Gündüz Əliyev hələ də vəzifəsində qalır. Zakir Fərəcov onu işdən azad etmək haqqında belə düşünmür. Əksinə, ona daha yeni işlər həvalə etməklə məşğuldur.

Nəzərinizə çatdıraq ki, Sumqayıtdan gələn xəbərlər  sırasında Gündüz Əliyevin işdən çıxarılmaması ilə yanaşı, Zakir Fərəcovun vədi də diqqəti çəkməkdədir. Etibarlı mənbələrdən gələn xəbərlərdə deyilir ki, Fərəcov Əliyevi əmin edib, o, həbs olumayacaq və vəzifəsində də qalacaq. Hətta onu da deyirlər ki, “Fərəcov Əliyevə deyib ki, nə qədər mən varam, səni kimsə həbs edə bilməz” sözünü də işlədib.

Maraqlı detallardan bir başqası isə Zakir Fərəcov və Gündüz Əliyevin yuxarı dairələri borclu olduqları iş adamlarının pulunu qaytarmaları ilə bağlı yalanları ilə əlaqədardır. Belə ki, iş adamlarından borcun qaytarılmasına dair “zəmanət məktubu” aldıqlarını bildirən cütlüyün yalanı bir neçə gün sonra üzə çıxıb. Məlum olub ki, notarial qaydada təsdiq olunan “zəmanət məktubu” blefmiş. Çünki iş adamları həmin sənədi ləğv etdiriblər. Borc isə yerində qalıb və yuxarılar məsələdən xəbər tutduqlarından Fərəcov çətin duruma düşüb.

Lakin mövzu bununla da bitməyib. İş adamlarının JAMAZ.İNFO-ya verdikləri məlumata görə, onlar artıq “zəmanət məktubu” yalanı, Gündüz Əliyevlə Zakir Fərəcovun onların borclarını qaytarmaması və digər bu kimi məsələlərlə əlaqədar həm hüquq mühafizə orqanlarına, həm də hazırda Gündüz Əliyevin gedən məhkəməsinə təqdim ediblər. İş adamları təkcə səhiyyədə aşkarlanmış yeyinti faktlarının deyil, həmçinin qeyd olunan məsələlərin də araşdırlmasını istəyirlər.

Gələn xəbərlərdən belə məlum olub ki, Gündüz Əliyevlə bağlı hüquq mühafizə orqanlarından birinə edilən müraciət icraata götürülüb. Hətta bununla bağlı ilkin araşdırma da aparılıb və məlum olub ki, iş adamlarının iddiaları əsaslıdır və bu barədə cinayət işi açılmalıdır.

Qeyd edilir ki, cinayət işi açılarsa, təkcə Gündüz Əliyev deyil, həmçinin Zakir Fərəcovun da başı ciddi şəkildə ağıryacaq. Çünki onlar yuxarı dairələrə borcları qaytarmaları barədə yalan danışıblar. Bunu təsdiq edən sənədlər isə ortada olduğundan, Sumqayıtdakı cütlüyün qaçacaq yeri qalmayacaq. Elə bu səbəbdəndir ki, Zakir Fərəcov son zamanlar təkcə əsəbi deyil, həm də daimi həkim nəzarəti altındadır. İddialara görə, icra başçısı işə də şəxsi həkimi ilə birlikdə gəlir.

Bu əsnada onu da bildirək ki, hələ parlamentdə təsdiqlənməyən Sumqayıta torpaq sahəsinin ayrılması ilə bağlı maraqlı hadisələr yaşanır. Daha doğrusu, ölməmiş ayının dərisini bölüşdümək uğrunda “savaş gedir”. Bu barədə növbəti yazımızda məlumat verəcəyik.

Qarşı tərəfi də dinləməyə hazırıq. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib