Dərc edilib: 14-11-2023

https://www.nuh.az/35592-.html

Qonşunun 5 xoruzunu oğurladı və həbs edildi...

14.11.2023 22:02:24

LIVE

5 xoruz oğurladı – Elektron qolbaq taxıldı

Xaçmaz rayonunun Maqsudkənd kəndində yaşayan şəxs qonşusunun 5 ədəd xoruzunu oğurlayıb, satdığı üçün saxlanılıb.
 
Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Cəlal İbadov (ad-soyad şərtidir-red.) epilepsiya xəstəsi olan azyaşlı uşağına dərman almağa pulu olmadığından oğurluq etmək qərarına gəlib. 
Gecə saatlarında qonşusunun  yaşadığı evin həyətindən 5 xoruzu oğurlayaraq, satıb. Polis tərəfindən saxlanılan Cəlal İbadov məhkəmənin qərarı ilə, barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, ona 170 saat ictimai işlər inzibati tənbeh növü təyin edilib.  İctimai işlər növündə inzibati tənbeh tətbiq olunan Cəlalın üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması tapşırılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib