Dərc edilib: 15-11-2023

https://www.nuh.az/35599-.html

Keçmiş vəkil Sevil Hacıyeva hər yerdə məşhur generalın ona himayədarlıq etməsini deyir…

15.11.2023 15:50:58

LIVE

Keçmiş vəkil  Sevil Hacıyeva hər yerdə məşhur generalın ona himayədarlıq  etməsini   deyir…

 

Hörmətli  general  Oruz  Zalov   bu məsələyə aydınlıq gətirməlidir…

 

Mövzuya giriş olaraq onu qeyd edək ki, keçmiş vəkil Sevil Balasoltan qızı Hacıyevanın əməlləri barədə ölkə mediasında kifayət qədər yazılıb.

Əvvəllər  Vəkillər Kollegiyasının 4 saylı Hüquq Mələhətxanasında çalışan, sonradan oradan uzaqlaşdırılan  Sevil  Hacıyevanın qanunsuz əməlləri barədə qısaca məlumat verək.

 

1.    Sevil Hacıyevanın Tovuz rayon sakini, iş adamı İsmayıl Hüseyovun qanuni əmlakını fırıldaq  yolu ilə ələ keçirməsi, 470 min manat pulunu, əmlakını məmisəməsi barədə kifayə qədər yazılıb. Hətta bu məsələ ilə bağlı Baş prokurorluqda  cinayət işi açılıb.


2.    Sevil Hacıyevanın dogma qardaşı, Xaçmaz rayonu, Gödəkli kənd sakini Yaşar  Balasoltan oğlu Daşdəmirov NUH.az  saytına  müraciət edərək  bildirib ki, dogma bacısı Sevil Hacıyeva və qızları onun ailəsini hədələyib, təhdid edib, hətta həyat yoldaşı Aybəniz Daşdəmirovanı döyərək ona xəsarət yetiriblər. Və bu barədə  cinayət işi açılıb.


3.    Yaşar Daşdəmirov bizimlə söhbətində bildirdi ki, bacısı Sevil Hacıyeva onlara birgə məxsus olan ata evini, onların ( özü, həyat yoldaşı, övladları ) icazəsi olmadan Qusar  Notarial Kontorunda   sənədləri saxtalaşdıraq özəlləşdirib. Niyə məhz  Qusar Notarial  Kontorunda ?

Yaşar Daşdəmirov hüquq-mühafizə orqanlarından soruşur ki, mənim və ailə üzvlərimin icazəsi olmadan Sevil həmin mülkiyyəti necə özəlləşdirib..?  Yeri gəlmişkən, Sevil Hacıyevanın bu qanunsuz əməli ilə bağlı da Yaşar  Daşdəmirov     2021-ci ilin avqust ayında  şikayət edib, Sevil Hacıyeva  barəsində cinayət işi açılıb  və  Baş Prokurorluq   yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində müstəntiq  Cabbar Cabbarov  tərəfindən araşdırma aparılısa da heç bir nəticə yoxdur. Yəni Sevil Hacıyeva nəinki başqalarına, hətta öz dogma qardaşına, onun ailə üzvlərinə də qarşı qanunsuz əməllər edir.


4.    Sevil Hacıyeva  350 min dollarlıq dələduzluq əməlinə görə,  Bakının rayonlarından  birinin  Polis İdarəsi tərəfindən saxlanılıb. Amma qısa  vaxt sonra yuxarıdan gələn zənglə  sərbəst buraxılıb. 


5.    Xaçmaz  rayonu Gödəkli kənd sakini, 1989-cu il təvəllüdlü İmamverdiyev  İsmət Tahir oğlu  redaksiyamıza müraciət edərək bildirib ki, 2023-cü ilin avqust ayında  Sevil Hacıyeva onu döyərək, ona xəsarət yetirib. Bu barədə şahidlər də var. Və zərəçəkən  İsmət İmamverdiyev 102-yə zəng edəndən sonra polis əməkdaşları hadisə yerinə gəliblər, sonra Polis şöbəsində zərəçəkən və şahidlər izahat veriblər. İsmət İmamverdiyev vu barədə Baş prokurorluğa müraciət  edib. Amma nəticə yoxdur..


6. Sevil Hacıyeva barəsində son məlumat  budur. Hazırda Sevil  Hacıyeva barəsində Xaçmaz Rayon Polis Şöbəsində bir neçə material üzrə araşdırma  getməsinə baxmayaraq, hansısa qüvvələr Sevil Hacıyevanın cinayət məsuliyyətinə cəlb olumasına mane olurlar.

 Biz bir media olara bu siyahını uzada da bilərik.

Bunlar Sevil Hacıyevanın bizə məlum olan əməlləridir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Vəkillər Kollegiyası Sevil Hacıyevanın əməlləri barədə  məhkəmə və istintaq orqanlarına müraciət edib. Və nəticədə Sevil Hacıyeva Vəkillər Kollegiyasından qovulub, onun vəkillik  fəaliyyətinə xitam verilib.

Bütün bu boyda cinayət əməlləri ortada olduğu halda Sevil Hacıyevaya gözün üstə qaşın var deyən yoxdur. Hətta zərərçəkənlərin  dediyinə görə, Sevil Hacıyeva onlara deyir ki, Azərbaycanda hamı məndən qorxur. Niyə..?

Sevil Hacıyeva kimdir ki, hamı ondan qorxur..?

Sevil Hacıyevanı kimlər müdafiə edir, kimlər ona himayədarlıq edir…?

Redaksiyamıza daxil olan məlumata görə, Sevil  Hacıyeva deyir ki, general-leytenant, Daxili İşlər Nazirinin sabiq müavini Oruc Zalov ona himayədarlıq edir və hər yerdə onun adını hallandırır.

Biz bir media olaraq hörmətli generalımız Oruz Zalovun dövlətimiz qarşısında xidmətlərini bilirik və fəaliyyətini yüksək qiymətləndiririk. Və əminik ki, cəmiyyətimizin böyük sayqı ilə yanaşdığı generalın adı bu məsələdə səhv olaraq hallandırılır.

Təəssüf ki, cənab Oruz Zalovla əlaqə saxlamaq imkanımız olmadı. Ona görə də ümid edirik ki, cənab general  belə bir qalmaqallı vəkillə bağlı öz sözünü deyəcək.

Biz bir media olaraq möhtərəm generalımızın fikirlərini işıqlandırmağa  hazırıq.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib