Dərc edilib: 17-11-2023

https://www.nuh.az/35609-.html

Moldova bu tarixdə MDB PA-dan çıxacaq

17.11.2023 16:56:33

LIVE

2024-cü il fevralın 8-dən Moldova MDB Parlamentlərarası Assambleyasının (PA) üzvlüyünü dayandıracaq. 

Qaynarinfo xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko deyib.
"Fevralın 8-dən Moldova rəsmi olaraq MDB Parlamentlərarası Assambleyasının üzvü olmayacaq”, deyə Federasiya Şurasının spikeri bildirib.
 
O qeyd edib ki, bu, məclisə heç bir zərər gətirməyəcək, təşkilat fəaliyyətini davam etdirəcək. Lakin Moldovanın özü üçün statusun itirilməsi böyük itkilərə səbəb olacaq.
Matvienkonun sözlərinə görə, "Moldova xarici nəzarətə keçdiyindən və başqasının ağzı ilə danışdığından" uzun müddətdir birlikdən kənardadır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib