Dərc edilib: 18-11-2023

https://www.nuh.az/35612-.html

Mədət Quliyev vəzifəsindən azad edildi

18.11.2023 11:09:34

Cəmiyyət

Mədət Quliyev müdafiə sənayesi naziri vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 Qeyd edək ki, 65 yaşı tamam olan Azərbaycanın Milli Qəhrəmanı bu vəzifəyə 2019-cu il iyunun 20-də təyin edilmişdi.

O, bundan başqa DTX rəisi (2015–2019), Ədliyyə nazirinin müavini və Penitensiar Xidmətin rəisi (2011–2015), İnterpolun Milli Mərkəzi Bürosunun rəisi (2004–2006), DİN-in Baş Mühafizə İdarəsinin rəisi (2006–2011), DİN-in Narkotiklə Mübarizə İdarəsinin rəisi (2002–2004), DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi (2001–2002) kimi bir çox yüksək vəzifələrdə çalışıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib