Dərc edilib: 19-11-2023

https://www.nuh.az/35617-.html

Kəndin adını dəyişiblər, sakinlərin xəbəri yoxdur - Video

19.11.2023 11:51:21

LIVE

Qusarda kəndin adının dəyişdirilməsi sakinlərin narazılığına səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, söhbət Əvəcuq kəndindən gedir.

Belə ki, kəndin adı Əvəcük olaraq dəyişdirilib. Sakinlər isə bundan təsadüf nəticəsində xəbərdar olublar. 

 

Onlardan xəbərsiz, rəyləri öyrənilmədən kəndlərinin adının dəyişdirilməsinə narazılıq edən sakinlər bildirir ki, mövcud vəziyyətə görə şəxsiyyət vəsiqələrindən tutmuş, digər rəsmi sənədlərədək dəyişmək məcburiyyətindədirlər.

Mövzu ilə bağlı REAL TV-nin süjetini təqdim edirik:

NUH informasiya agentliyi səhifəsindən çap edilib