Dərc edilib: 21-11-2023

https://www.nuh.az/35640-.html

Baş redaktor Sevinc Vaqifqızı da saxlanıldı

21.11.2023 12:00:15

LIVE

“Abzas Media” saytının baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

S.Vaqifqızı xaricdən qayıdarkən hava limanında saxlanılıb, daha sonra evində axtarış aparılıb.

Məlumatı onun vəkili Elçin Sadıqov təsdiq edib.

Qeyd edək ki, ötən gün eyni saytın direktoru Ülvi Həsənli də saxlanılıb. Ona barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib