Dərc edilib: 21-11-2023

https://www.nuh.az/35642-.html

Mirsaleh Seyidov general-mayor oldu (SƏRƏNCAM)

21.11.2023 15:39:01

Siyasət

Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.
Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Ənvər oğlu Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Prezident başqa bir sərəncamla ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxsləri "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edib:
Abasova Könül Əlisəfər qızı
Abbasov Nazim İsa oğlu
Abışov Vüqar İdris oğlu
Ağayev Rüfət Salman oğlu
Eyvazov Xəyal Astan oğlu
Həsənli Rəşad İsmayıl oğlu
Həsənov Zaur Rauf oğlu
Hüseynov Rəşad Tofiq oğlu
Qəhrəmanov Vüqar İmambala oğlu
Mehralıyev Azər Umudvar oğlu
Sabitova Aynur Zakir qızı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib