Dərc edilib: 21-11-2023

https://www.nuh.az/35646-.html

İlin sonuna qədər məni öldürəcəklər - Zelenski

21.11.2023 22:44:52

LIVE

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, onu devirmək üçün "Maydan-3" əməliyyatı bu ilin sonunda baş tutmalıdır.


NUH.az    publika.az-a istinadən xəbər verir ki, Zelenski bu barədə "San" qəzetinə müsahibəsində deyib.

Zelenski aydınlaşdırıb ki, guya bu əməliyyatı Rusiya xüsusi xidmət orqanları inkişaf etdirir. O, ölkədə "Maydan-3"ün keçirilməsi ilə bağlı məlumatı Ukrayna kəşfiyyatı və digər tərəfdaşlarından alıb.

"Əməliyyat 2023-cü ilin sonuna qədər aparılmalıdır. Planın təfərrüatı bu anda müəyyən hadisələrdən asılı olaraq dəyişə bilər. Əsas məqsədin mənim fiziki olaraq aradan götürülməyimdir", - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, bu əməliyyatda istənilən mövcud vasitələrdən istifadə olunacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib