Dərc edilib: 23-11-2023

https://www.nuh.az/35657-.html

Aytən Səfərova kişilərə - Burnunuzdan, qulağınızdan çıxan tükləri az qalır hörəsiniz

23.11.2023 12:12:47

LIVE

Aparıcı Aytən Səfərova kişiləri tənqid edib. 


Bizim.Media xəbər verir ki, o, “Xəbər-ətər” verilişində əks cinsin nümayəndələrinin natəmizliyindən söz açıb: 
“Kişilər, burnunuzdan, qulağınızdan tüklər çıxır, az qalır onları hörəsiniz. Nə olar, bir dəfə gedin, onları lazer etdirin. Lazer təkcə qadınlar üçün deyil. Burunlarınızın üstündə iki tək, bir cüt tüklər var, onları sağa-sola, yuxarı-aşağı darayırsınız. “Gül-çiçək olur”... Gedin, onları lazerlə götürün. Qulağınızdan çıxan tüklərə də əncam çəkmək lazımdır. Lazer gigiyena və təmizlikdir.
Kim deyib ki, lazer təkcə qadınlar üçündür?! Kişilər də istifadə etməlidir. “Mono” qaşlar var... Sanki onlar qağayıdırlar... Axı niyə onları düzəltdirmirsiniz?
Aşpazlar yemək bişirirlər, qollarını çırmalayanda böyük ölçüdə tükləri göz önünə çıxır. O aşpazın bişirdiyi yeməyi yeyəndə, bilmirsən ki, o tük harada qalıb”

NUH informasiya agentliyi səhifəsindən çap edilib