Dərc edilib: 23-11-2023

https://www.nuh.az/35660-.html

Viktor Orban Azərbaycana işgüzar səfərə gəldi

23.11.2023 18:25:19

Dünya

Macarıstanın Baş naziri Viktor Orban noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Qaynarinfo xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazir Viktor Orbanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib