Dərc edilib: 27-11-2023

https://www.nuh.az/35679-.html

Üç il də gözləsinlər...istefa verəcəm - Anar

27.11.2023 17:57:43

Mədəniyyət

Xalq yazıçısı Anar Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayında sədrliyə namizədliyini irəli sürməyəcəyini bəyan edib.


NUH.az    o bu barədə Manset.az-a müsahibəsində deyib.

“Bu qədər gözləyiblər, üç il də gözləsinlər. Qurultayda namizədliyimi verməyəcəyəm. Mən sözümün ağasıyam”, - Anar qeyd edib.

Hazırkı sədr addımını belə izah edib: “Başladığım bəzi məsələr var, onları yekunlaşdırmalıyam. Məni qurultay seçibsə, ona da hesabat verməliyəm”.

Qeyd edək ki, 85 yaşlı Anar 1987-ci ildən indiyədək Azərbaycan Yazıçılar Birliyinin sədridir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib