Dərc edilib: 28-11-2023

https://www.nuh.az/35683-.html

Şagirdi döydüyü deyilən idarə müdiri vəzifəsindən azad edildi (FOTO)

28.11.2023 10:32:49

LIVE

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev vəzifəsindən azad olunub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, işdən çıxarılması ilə bağlı ərizə yazıb.
R.Hacıyevin ərizəsi qəbul olunub və vəzifəsindən azad olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda onun 9-cu sinif şagirdini döyməsi ilə bağlı məlumatlar yayılıb. 
Xatırladaq ki, Rüfət Hacıyev ötən il aprelin 29-da elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə rəis təyin edilib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib