Dərc edilib: 01-12-2023

https://www.nuh.az/35705-.html

Malın müddəti bitməyib, amma mal xarab olub - Eyyub Hüseynov

01.12.2023 18:37:23

Müsahibə

Bu sözləri Lənkəran şəhərinin Cil qəsəbəsində yerləşən marketdə 74 kq yararlılıq müddəti bitmiş malla əlaqədar suala Azad İstehlakçılar Birliyinin Sədri Eyyub Hüseynov "Btbtimes.az" saytına verdiyi müsahibəsində deyib. 


O bildirir ki, hər gün tonlarla malın istifadə müddəti keçir:

"Əslində, bu dəryada bir damladır. Yəni hər gün tonlarla ərzaq malının yararlıq müddəti keçir. Vaxtı keçmiş malların hərəkət alqoritmi-pis olan alqoritm belədir: satıcı vaxtı keçmiş malı satışdan çıxarır, çünki onları buna görə 1500 azn cərimə gözləyir, bir yerdə toplayır, distrubiterə qaytarır, distrubiter istehsalçıya qaytarır. Əksər hallarda istehsalçılar da bunun üzərində müəyyən işlər aparır, tarixi dəyişilir və yenidən ticarət şəbəkəsinə göndərirlər. Bu yolverilməz və səhv bir alqoritmdir. Biz altı ay bundan öncə "Azərsun Holding" şirkətinin öz istəyi ilə bir ayın içərisində 100 tona yaxın yararlılıq müddəti keçmiş malın məhv olunmasında iştirak etdik. Sonra buna "Milla" şirkəti də qoşuldu. Lakin belə şirkətlər çoxdur. Çox təəsüf ki, Onlar belə malların məhv olunmasına qoşulmurlar. Malların üstündə işlər aparıb, yenidən istehlakçıya qaytarmaq istəyirlər, ona görə də "Azad İstehlakçılar Birliyi"nə şikayət gəlir ki, malın müddəti bitməyib amma mal xarab olub. Hər gün tonlarla malın istifadə müddəti keçir. Biz təklif etmişik ki, müəyyən qurum olmalıdır və o Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə paralel çalışaraq yararlılıq müddəti keçmiş mal müəyyən olunaraq məhv edilməlidir. Təəsüf ki, bu baş vermir. Yararlılıq müddəti keçmiş malın bu cür yığılması hər bir istehlakçının həyatında önəmli təsirini göstərir.

Ekspert onu da qeyd edib ki, bu işə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi cavabdehdir. Onun əsasnaməsində dəyişikliklər olmalıdır:

"Biz uzunömürlülər siyahısında 115 ölkədən geridə qalırıq. 3-cü dünya ölkələri-Banqladeş, Şrilanka kimi ölkələr uzunömürlülüyə görə bizdən irəlidədir. Biz apteklərdə növbə gözləyən, klinikaları dolduran istehlakçılarıq. Bu iş daha ciddi getməlidir. AQTA-nın əsasnaməsinə dəyişikliklər olunmalıdır. Cəld reaksiya mexanizmi olmalıdır. Mövcud vəziyyət belədir ki, təhlükəli bir malın satıldığını görsək, heç bir dövlət orqanının ora cəld müdaxilə etmə imkanları yoxdur. Qida sahəsində yoxlamalar ani olmalıdır. Brokratik prosserdur aradan qaldrılmalıdır. Biz istehlakçılar da normal mallarla təchiz olunarıq. Bu işlərə isə cavabdeh Azərbaycan Qida təhlükəsizliyi Agentliyidir".

 

İsmayıl Bakuvi

NUH informasiya agentliyi səhifəsindən çap edilib