Dərc edilib: 02-12-2023

https://www.nuh.az/35716-.html

Rüfət Muradlı HƏBS EDİLDİ

02.12.2023 19:49:47

LIVE

“Kanal13” internet televiziyasının aparıcısı Rüfət Muradlı həbs edilib.


Gununsesi.info xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Xətai Rayon Məhkəməsinin qəsarı ilə R.Muradlı 30 sutka inzibati qaydada həbs edilib

***16:50

“Kanal-13” internet televiziyasının əməkdaşı Rüfət Muradlının saxlanılması səbəbi bəlli olub.

Gununsesi.info məlumatına görə, jurnalist İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə təqsirli bilinir.

Qeyd edək ki, Rüfət Muradlının barəsində inzibati protokol tərtib olunub. O, hazırda məhkəməyə çıxarılır.

Rüfət Muradlıya inzibati qaydada həbs veriləcəyi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl “Kanal13″ün rəhbəri Əziz Orucov da saxlanılmışdı. Noyabrın 28-də Bakının Səbail Rayon Məhkəməsi hakim Ülviyyə Şükürovanın sədrliyi ilə “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov barəsində 3 ay həbs qətimkan tədbiri seçib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib