Dərc edilib: 04-12-2023

https://www.nuh.az/35738-.html

Günəşli yatağında baş verən faciədən 8 il keçir

04.12.2023 13:08:18

LIVE

“Günəşli” yatağında baş verən faciədən 8 il keçir.

Musavat.com xəbər verir ki, 2015-ci il dekabr ayının 4-də “Günəşli” neft yatağı platformasının cənub bölməsində baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb.

Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub.

SOCAR-ın rəsmi açıqlamasında bildirilmişdi ki, su altındakı 10 saylı platformanın qaz kəməri qasırğa ucbatından zədələnib və nəticədə yanğın baş verib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib