Dərc edilib: 04-12-2023

https://www.nuh.az/35740-.html

Yeni nazir Aparat rəhbərini işdən çıxardı (FOTO)

04.12.2023 15:40:22

LIVE

Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Zaur Əliyev vəzifəsindən azad edilib.

"Report"un xəbərinə görə, bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayev müvafiq əmr imzalayıb.
Həmin vəzifəyə hələlik təyinat olmayıb.
Məlumatı Müdafiə Sənayesi Nazirliyindən təsdiqləyiblər.
Qeyd edək ki, Z.Əliyev sabiq nazir Mədət Quliyevin 2019-cu ildə imzaladığı əmrlə nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin olunmuşdu.
Xatırladaq ki, Prezident İlham Əliyevin bu il noyabrın 18-də imzaladığı Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib