Dərc edilib: 04-12-2023

https://www.nuh.az/35747-.html

Moldova Rumıniya ilə BİRLƏŞİR..?

04.12.2023 23:32:51

LIVE

Moldovada müxalif Renessans Partiyasının lideri Natalya Paraska hakimiyyətin Rumıniya ilə birləşmə ideyasını qiymətləndirib. 

Qaynarinfo xəbər verir ki, o, tənqidi fikirlərini "Telegram" kanalında paylaşıb.
"Bəli, ölkəmizin Rumıniyaya qoşulması ideyası yeni deyil. Amma Moldova Respublikası Rumıniya deyil. Biz suveren ölkəyik. Bu bizi rüsvay etmək və dövlətçiliyimizə hörmət etməməyin göstəricisidir", deyə o bildirib.
O, həmçinin ölkənin Avropa İttifaqına mümkün üzvlüyünü tənqid edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib