Dərc edilib: 05-12-2023

https://www.nuh.az/35760-.html

Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin BƏRAƏT qərarını qüvvədə saxladı

05.12.2023 15:12:36

Cəmiyyət

Məlumdur ki, Göyçay Rayon İcra Hakimiyyətinin sabiq başçısı  Mehdi  Səlimzadənin köməkçisi işləmiş Vahid İsayev  2022-ci ildə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmışdı və həbsdə olub.  

Bir müddət əvvəl  Şəki Apelyasiya Məhkəməsi  Vahid İsayevə  bəraət  vermişdi.

Məhkəmədə iştirak edən dövlət ittihamçısı Ali Məhkəməyə kassasiya protesti verərək hökmün ləğv olunmasını tələb edib.

Bu gün Ali Məhkəmə işə baxaraq dövlət ittihamçısının protestini təmin etməyib və bəraət  qərarı  qüvvədə qalıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib