Dərc edilib: 10-12-2023

https://www.nuh.az/35802-.html

Yaqub Zurufçunun oğlu Atilladan “Oyan, Təbriz” - VİDEO

10.12.2023 21:16:46

Maqazin

Əməkdar artist Yaqub Zurufçunun oğlu Atilla Zurufçu “Oyan, Təbriz” mahnısını ifa edib.


Musavat.com xəbər verir ki, Atillanın ifası "Araz News" teleqram kanalında paylaşılıb.

Həmin ifanı təqdim edirik.

 

Xatırladaq ki, Yaqub Zurufçu 1956-cı il aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. O, 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnısını ifa edib.

Y.Zurufçu ABŞ vətəndaşı olmaqla bərabər, 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da alıb. 17 sentyabr 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb.

Azərbaycanın Əməkdar artisti 14 sentyabr 2021-ci ildə koronavirusdan vəfat edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib