Dərc edilib: 11-12-2023

https://www.nuh.az/35809-.html

KXCP növbədənkənar seçkiləri müzakirə etdi

11.12.2023 18:35:40

LIVE

Bu gün Klassik Xalq Cəbhəsi Partiyası  İdarə Heyətinin  növbəti yığıncağı keçirlib.
Partiyyadan Moderator.az-a verilən məlumata görə, yığıncaq 21 Azər Hərəkatının 78-ci Anım  Gününü Şəhidlərin xatirəsinə sayğı duruşu ilə başlayıb.
 
İdarə Heyətinin yığıncağında, qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
 
KXCP İdarə Heyəti 7 Fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərində partiyanın öz namizədi ilə iştirakını ətraflı müzakirə edib. İdarə Heyəti  seçkiyə ayrılmış müddətin az olmasını qeyri-məqbul hesab edib. KXCP İdarə Heyəti məsələnin 17 Dekabr 2023-cü ildə keçiriləcək Ali Məclisin Sessiyasında müzakirə edilməsi haqqında qərar qəbul edib.
 
KXCP İdarə Heyəti “Tərtər” işinin istintaqını müzakirə edib. Qurum istintaqa ictimai nəzarətin təmin edilməsini bir daha tələb edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib