Dərc edilib: 12-12-2023

https://www.nuh.az/35814-.html

Akkuyu AES-in ilk bloku işə salınır

12.12.2023 15:11:21

LIVE

Türkiyədə tikilməkdə olan “Akkuyu” AES-in ilk enerji blokunun işə salınması üçün Türkiyə hakimiyyətindən icazə alınıb. 


Musavat.com-un xəbərinə görə, bu barədə Rusiyanın “Rosatom” şirkətinin Teleqram kanalında məlumat verilib.

Məlumatda qeyd olunur ki, Türkiyə Nüvə Tənzimləmə Agentliyi “Akkuyu” AES-in birinci blokunun istismara verilməsi üçün müvafiq icazəyə dair qərarı təsdiqləyib.

Aydınlaşdırılır ki, növbəti mərhələdə nüvə yanacağının reaktora yüklənməsinə və işə salınmadan əvvəl nəzarət əməliyyatlarına başlamağa imkan verən birinci enerji blokunun istismarı üçün lisenziyanın alınması olacaq. Mütəxəssislər lisenziya üçün ərizə vermək məqsədilə texniki sənədləri hazırlamağa davam edirlər.

“Akkuyu” Türkiyədə ilk atom elektrik stansiyasıdır. “Akkuyu” AES layihəsinə Rusiya istehsalı olan VVER III+ nəsil reaktorları olan 4 enerji bloku daxildir. Atom elektrik stansiyasının hər blokunun gücü 1200 MVt olacaq. Akkuyu AES-in tikintisi qlobal nüvə sənayesində “Tik-sahib ol-işlət” modelindən istifadə edilməklə həyata keçirilən ilk layihədir.

Hökumətlərarası sazişin şərtlərinə görə, AES-in birinci enerji blokunun istismara verilməsi aqreqatın tikintisi üçün bütün icazələr alındıqdan sonra 7 il ərzində baş tutmalıdır. 2018-ci ildə 1 nömrəli enerji blokunun tikintisinə lisenziyanın alınması nəzərə alınmaqla, bu müddət 2025-ci il deməkdir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib