Dərc edilib: 12-12-2023

https://www.nuh.az/35815-.html

Zaqatalada çaqqal hücumunda 5 nəfər yaralandı - İkisi məktəblidir

12.12.2023 17:28:48

Region

Zaqatalada dərsə gedən iki şagird və daha üç nəfər çaqqal hücumuna məruz qalıb.

NUH.az   APA-ya istinadən məlumatına görə, hadisə rayonun Muxax kəndində baş verib.
Kənd sakinləri, Muxax kənd 2 saylı tam orta məktəbin şagirdləri - 2012-ci il təvəllüdlü M.M., 2012-ci il təvəllüdlü R.G. dərsə gedən zaman yolda çaqqalın hücumuna məruz qalıblar. Eyni anda çaqqal ərazidə olan daha üç nəfər kənd sakini - 1993-cü il təvəllüdlü Dilrubə Bayram qızı Tahirova, 1988-ci il təvəllüdlü Fatimə Zahid qızı Rəcəbova və 1986-cı il təvəəlüdlü Leyla Şaban qızı Ömərovaya hücum edərək xəsarət yetirib.
Hər iki şagirdə və kənd sakinlərinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) mavafiq yardım göstərilib, quduzluq əleyhinə zərdab vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib