Dərc edilib: 15-12-2023

https://www.nuh.az/35844-.html

Hakim partiya prezidentliyə namizədini seçir - Yenilənir

15.12.2023 09:52:22

LIVE

Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilir.

 

  "Qafqazinfo" xəbər verir ki, iclasda fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində hakim partiyanın namizədinin müəyyən edilməsi gözlənilir. Qeyd edək ki, bir neçə gün öncə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında növbədənkənar Prezident seçkilərində partiyanın namizədinin İlham Əliyev olacağını bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib