Dərc edilib: 15-12-2023

https://www.nuh.az/35848-.html

İranda polis şöbəsinə hücum: 11 polis həlak olub, yaralılar var

15.12.2023 13:44:55

LIVE

İranın cənub-şərqində polis məntəqəsinə atəş açılması nəticəsində azı 11 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent” məlumat yayıb.
"Rask şəhərində polis qərargahına edilən terror hücumu nəticəsində 11 polis əməkdaşı həlak olub, digərləri isə yaralanıb", deyə Sistan və Bəlucistan əyalətinin qubernatorunun müavini Əli Rza Marhemati bildirib.
O əlavə edib ki, atışma zamanı bir neçə silahlı öldürülüb.
Ölənlər arasında yüksək rütbəli polis zabitləri və əsgərlərin olduğu qeyd edilir. Hücumun özü cümə günü, yerli vaxtla səhər saat 02.00 radələrində Tehrandan təxminən 1400 km aralıda yerləşən Rask şəhərində baş verib.
Dövlət televiziyasının məlumatına görə, hücuma görə məsuliyyəti separatçı Ceyş əl-Ədl (Ədalət Ordusu) qruplaşması öz üzərinə götürüb.
Qrup həmçinin 2019-cu ildə avtobusda həyata keçirilən intihar hücumuna görə məsuliyyəti öz üzərinə götürüb. Həmin vaxt İran İnqilab Keşikçiləri Korpusunun 27 üzvü həlak olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib