Dərc edilib: 16-12-2023

https://www.nuh.az/35859-.html

Fazil Mustafa da prezidentliyə namizədliyini verir

16.12.2023 13:42:31

LIVE

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa prezidentliyə namizədliyini açıqlayıb.


NUH.az    xəbər verir ki, bu barədə Musavat.com-a Böyük Quruluş Partiyasından məlumat verilib.

 
 

Bildirilib ki, bu gün partiyanın Ali Məclisinin iclası keçirilib və Fazil Mustafanın namizədliyi irəli sürülüb.

Xatırladaq ki, bu zamana qədər prezidentliyə namizədliyini Azərbaycan Prezidenti İlham Əliyev (YAP tərəfindən), Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri, deputat Zahid Oruc (özü tərəfindən) irəli sürüb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib